ABŞ "Belorusneft"ə tətbiq etdiyi sanksiyanı dayandırıb

ABŞ "Belorusneft"ə tətbiq etdiyi sanksiyanı dayandırıb Yasağın dayandırılmasına səbəb kimi şirkətin sanksiya tətbiq edilən sahələrlə məşğul olmaması göstərilib
Region
10 Mart , 2015 16:13
ABŞ Belorusneftə tətbiq etdiyi sanksiyanı dayandırıb

Bakı. 10 mart. REPORT.AZ/ ABŞ Belarusun "Belorusneft" şirkətinə sankiyanın tətbiqinin dayandırılması haqda qərar qəbul edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, sənəd bu il fevralın 25-də qəbul olunub.

Məlumatda bildirilib ki, yasağın dayandırılmasına səbəb kimi şirkətin sanksiya tətbiq edilən sahələrlə məşğul olmaması göstərilib.

Xatırladaq ki, ABŞ 2011-ci ilin yazında "Belorusneft"ə "NaftIranIntertrade" şirkəti ilə İranın "Cofeir" neft yatağında birgə fəaliyyətinə görə sanksiya tətbiq etmişdi. İranın bu şirkəti isə 2010-cu ildə ABŞ-ın sanksiyasına məruz qalıb. Buna səbəb kimi isə İranın nüvə proqramının gerçəkləşdirilməsində şirkətin iştirakı göstərilib. 

Son xəbərlər

Orphus sistemi