Bakı. 22 dekabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) güc strukturları göyərtəsində külli miqdarda narkotik maddə olan İrana məxsus gəmini saxlayıblar.
"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Məlumata görə, gəmi ölkənin Şarca əmirliyinin Xaled limanında saxlanılıb. Gəmidə İran əsillli qanunsuz mühacir və qadağan olunan yük olub.
Xəbərdə bildirilib ki, orada 11,5 kq tiryək, həb formasında bir neçə bağlama narkotik maddə aşkar edilib.
Ümumilikdə, 10 nəfər həbs olunub.