Batumidə Əli və Nino heykəlinin yerinin dəyişdirilməsinə aydınlıq gətirilib

Batumidə Əli və Nino heykəlinin yerinin dəyişdirilməsinə aydınlıq gətirilib "Abidə 50 metr bulvarın içinə keçiriləcək"
Region
27 Avqust , 2015 15:20
Batumidə Əli və Nino heykəlinin yerinin dəyişdirilməsinə aydınlıq gətirilib

Bakı. 27 avqust. REPORT.AZ/ Batumi bulvarının administrasiyası Əli və Nino heykəlinin yerinin dəyişdirilməsi və heykəlin birinin zədələnməsi məsələsinə aydınlıq gətirib.

Bulvar administrasiyasının rəhbəri Georgi Viraqaşvili "Report"a bildirib ki, heykəlin yerinin dəyişdirilməsi dənizdəki dalğa və fırtınanın abidənin özülündə boşluq əmələ gətirməsi və bunun nəticəsində dağılma ehtimalının olması ilə əlaqədardır: "Heykəlin 50 metr bulvarın içərisinə doğru çəkilməsi dalğaların onu dağıtmaması üçün atılan addımdır və əvvəldən planlaşdırılıb. Biz şəhər administrasiyası və heykəl müəllifinin razılığını aldıq, bundan sonra heykəlin yerinin dəyişdirilməsi üçün tender elan etdik. Abidənin yerinin dəyişdirilməsi zaman qəfildən tros qırıldı və heykəllərdən biri aşaraq bir qədər zədələndi".

Onun sözlərinə görə, heykəlin yerinin dəyişdirilməsinə görə məsuliyyət daşıyan şirkət müqaviləyə əsasən zərəri ödəməlidir, əks halda müqavilənin yerinə yetirilməsinə görə pul vəsaiti iş içraçılarının hesabına köçürülməyəcək: "Ciddi bir hadisə baş verməyib. Yalnız heykəlin bir neçə pəri zədələnib, sabah yerdəyişmə işləri davam edəcək".

Qeyd edək ki, bir müddət əvvəl Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili "Facebook" sosial şəbəkəsindəki səhifəsində şəkillər yayıb. Həmin şəkillərdən görünür ki, Əli və Nino heykəli zədələnib. M.Saakaşvilinin sözlərinə görə, hazırkı hökumət abidəni dağıtmaq niyyətindədir. Onun yazısı sosial şəbəkənin azərbaycanlı istifadəçiləri arasında narahatlıq doğurub. 

Son xəbərlər

Orphus sistemi