Bakı. 12 noyabr. REPORT.AZ/ Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə proqramının mübahisəli aspektləri barədə hesabatını yekunlaşdırır. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Yukiya Amano Brüssel Strateji Araşdırmalar İnstitutunda çıxış edərkən məlumat verib.
"Sahib olduğumuz bütün informasiya əsasında təhlili yekunlaşdırmaq üzrəyik. Dekabrın 15-dək bütün məsələlər üzrə yekun hesabatı Agentliyin İdarəetmə Şurasına təqdim edəcəyik. Agentlik İranda "Təminat rejimi"nin tətbiqini davam etdirəcək. Bununla təyin olunmuş ardıcıllıqla ölkədəki bütün nüvə materiallarının dinc məqsədlər üçün istifadə olunması barədə yekun rəy vermək imkanımız olacaq", - baş direktor deyib.