​Azərbaycanın geri qaytardığı erməni əsgərə qohumları ilə görüşməyə icazə verilmir

​Azərbaycanın geri qaytardığı erməni əsgərə qohumları ilə görüşməyə icazə verilmir Qriqoryanın yeznəsi Armen Arutyunyan: "Tibbi müayinədən sonra Andraniki sorğu-sual üçün polis bölməsinə aparıblar"
Region
20 Noyabr , 2015 14:11
​Azərbaycanın geri qaytardığı erməni əsgərə qohumları ilə görüşməyə icazə verilmir

Bakı. 20 noyabr. REPORT.AZ/ Könüllü şəkildə Azərbaycan əsgərlərinə təslim olan və bir müddətdən sonra geri qaytarılan Ermənistan hərbçisi Andranik Qriqoryana indiyədək valideynləri ilə görüşməyə icazə verilmir.

"Report" xəbər verir ki, bu haqda Ermənistanda çıxan "Joxovurd" qəzeti məlumat yayıb.

Qriqoryanın yeznəsi Armen Arutyunyan bildirib ki, tibbi müayinədən sonra Andraniki sorğu-sual üçün polis bölməsinə aparıblar: "Biz onun evə nə vaxt buraxılacağı ilə davamlı olaraq maraqlanırıq. Deyirlər ki, Azərbaycanda saxlanıldığı 8 ay müddətində başına gələnləri danışıb, dediklərini başa düşdükdən sonra onu evə buraxacaqlar. İndiyə kimi qohumlardan heç kim onu görməyib".

Qeyd edək ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını əsas götürərək 2015-ci il martın 22-də könüllü şəkildə Azərbaycan hərbçilərinə təslim olan Ermənistan hərbçisi, 1991-ci il təvəllüdlü Qriqoryan Andranik Araratoviçi noyabrın 18-də azad edərək qarşı tərəfə qaytarıb.

Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi