​Ankaradakı terrorun məsuliyyətini üzərinə götürən qrupun adı məlum olub

​Ankaradakı terrorun məsuliyyətini üzərinə götürən qrupun adı məlum olub Bu haqda "Reuters" məlumat yayıb
Region
17 Mart , 2016 11:44
​Ankaradakı terrorun məsuliyyətini üzərinə götürən qrupun adı məlum olub

Bakı. 17 mart. REPORT.AZ/ Ankarada törədilən terrorun məsuliyyətini terrorçu PKK-ya yaxın qrup üzərinə götürüb.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Məlumata görə, bu terrorçu qruplaşmanın adı "TAK"dır ("Kürdüstan Azadlıq Şahinləri").
Fevralın 17-də Ankarada törədilən terrorun məsiliyyətini də bu qruplaşma öz üzərinə götürmüşdü.

Qeyd edək ki, terrorçu PKK-nın Suriyadakı qolları "PYD" və "YPG" də bu qruplaşmanın qolları sayılır.

Xatırladaq ki, martın 13-də Türkiyənin paytaxtı Ankarada törədilən terror nəticəsində 35 nəfər həyatını itirib, 122 nəfər isə yaralanıb. Terroru törədən hər iki terrorçu da hadisə yerində məhv olub.

Son xəbərlər

Orphus sistemi