N.Paşinyan: Bu gün bütün ermənilərin katolikosu siyasi hərəkata rəhbərlik edir

N.Paşinyan: Bu gün bütün ermənilərin katolikosu siyasi hərəkata rəhbərlik edir Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin etirazları səbəbindən istefa verməyə hazırlaşmır.
Region
7 May , 2024 15:03
N.Paşinyan: Bu gün bütün ermənilərin katolikosu siyasi hərəkata rəhbərlik edir
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin etirazları səbəbindən istefa verməyə hazırlaşmır.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu söhbətləri qeyri-ciddi adlandırıb.

"İstefamla bağlı suala dəfələrlə cavab vermişəm. Mən bir neçə dəfə artıq istefa vermişəm. Baş nazirin davamlı istefa verməsi artıq ciddi deyil", - o bildirib.

N.Paşinyan bəyan edib ki, bu gün bütün ermənilərin katolikosu siyasi hərəkata rəhbərlik edir və onun benefisiarı isə Robert Koçaryandır.

Erməni kilsəsinə qarşı ittihamlar təsadüfi deyildi, çünki “Vətən uğrunda Tavuş” etiraz hərəkatına Tavuş yeparxiyasının keşişi Baqrat Qalstanyan rəhbərlik edir.

Paşinyan bildirib ki, bu hərəkatın məqsədi sələfləri və ya onların sələflərini hakimiyyətə qaytarmaqdır, 2021-ci ildə Koçaryan kilsənin köməyi ilə hakimiyyət dəyişikliyi ssenarisini həyata keçirməyə çalışıb.

Son xəbərlər

Orphus sistemi