Bakı. 22 aprel. REPORT.AZ/ "Amerika prezidentini Gürcüstanda keçirilən seçkinin müşahidə edilməsi prosesinə yardım etməyə, ABŞ-ın Maliyyə Nazirliyi və Qərb dövlətlərinin banklarını Bidzina İvanişvilinin hesablarını dondurmağa çağırırıq".
"Report" Gürücüstan KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin üzvü Stiv Rassel bəyan edib.
O bildirib ki, Bidzina İvanişvili hökumətə hələ də təsir edə bilir: "Xatırladım ki, Gürcüstanın keçmiş baş naziri Rusiya prezidenti Vladimir Putinin müttəfiqidir".
Qeyd edək ki, 60 yaşlı gürcü milyarder Bidzina İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın baş naziri olub. 2013-cü il noyabrın 23-də siyasətlə məşğul olmayacağını bəyan edərək istefa verib.