Ərdoğanla Zelenski arasında görüş başa çatıb - YENİLƏNİB

Ərdoğanla Zelenski arasında görüş başa çatıb - YENİLƏNİB Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri başlayıb.
Region
3 Fevral , 2022 16:45
Ərdoğanla Zelenski arasında görüş başa çatıb - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında təkbətək görüş başa çatıb. 

“Report” xəbər verir ki, tərəflər Ukrayna Prezidentinin Kiyevdəki Marinski sarayında bir araya gəlib.

Dövlət başçılarının birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

Eyni zamanda iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 10-cu toplantısı olacaq. 

15:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri başlayıb.

“Report” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Administrasiyasının önündə R.T.Ərdoğanı rəsmi mərasimlə qarşılayıb.

Türkiyə Prezidenti fəxri qaravul dəstəsinin önündən keçib.

Daha sonra V.Zelenski ilə R.T.Ərdoğan arasında təkbətək görüş başlayıb.

Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artırılması ilə bağlı razılığın əldə olunacağı gözlənilir. Bundan başqa, Türkiyə və Ukrayna arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılacaq.

Eyni zamanda görüşlərdə Rusiya-Ukrayna gərginliyi əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, səfərdə R.T.Ərdoğanı xanımı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Sülyeman Soylu, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz, sənaye və texnologiya naziri Mustafa Varank, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu, müdafiə sənayesi naziri İsmail Demir, nəqliyyat naziri Fahrettin Altun, Prezidentin sözçüsü İbrahim Kalın və Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik müşaiyət edir.

Son xəbərlər

Orphus sistemi