​Türkiyənin Diyarbəkir bölgəsində genişmiqyaslı antiterror əməliyyatı keçirilir

​Türkiyənin Diyarbəkir bölgəsində genişmiqyaslı antiterror əməliyyatı keçirilir Əməliyyatda təhlükəsizlik qüvvələrinin minə yaxın əməkdaşı iştirak edir
Region
21 İyun , 2016 14:25
​Türkiyənin Diyarbəkir bölgəsində genişmiqyaslı antiterror əməliyyatı keçirilir

Bakı. 21 iyun. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri və təhlükəsizlik strukturları ölkənin Diyarbəkir bölgəsində terrorçu PKK qruplaşmasına qarşı birgə antiterror əməliyyatı keçirir.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyatlar bölgənin 25 kəndində aparılır.

Məlumata görə, antirerror əməliyyatı zamanı terror qruplaşmasının meşə və dağlarda gizlənən silahlıları zərərsizləşdiriləcək, onların sığınacaq, ərzaq və silah-sursat anbarlarının yerləri müəyyənləşdirilərək məhv ediləcək.

Xəbərdə bildirilib ki, əməliyyatlar "Kobra" helikopterinin dəstəyi ilə keçirilir. Birgə əməliyyatda təhlükəsizlik qüvvələrinin minə yaxın əməkdaşı iştirak edir. 

Son xəbərlər

Orphus sistemi