Bakı. 21 iyul. REPORT.AZ/ Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdindən sonra Yunanıstana qaçan 8 hərbçiyə iki ay həbs cəzası verilib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, onlar Dedeağac məhkəməsində Yunanıstana qanunsuz yolla daxil olmaqda təqsirləndirilərək mühakimə olunublar.
Qeyd edək ki, bu hərbçilər iyulun 16-da səhər saatlarında "Sikorsky" modelli hərbi helikopterlə
Yunanıstanın Dedeağaç hava limanına eniblər. Onların rütbələri sökülüb, ancaq hərbçilər Yunanıstan hökumətindən siyasi sığınacaq istəyiblər. Bundan sonra Ferecik həbsxanasında saxlanılan qiyamçılar Yunanıstana qanunsuz yolla daxil olmaqda təqsirləndirilərək Dedeağac məhkəməsinə veriliblər. Lakin vəkillərinin tələbi ilə məhkəmə iyulun 21-dək təxirə salınıb. Türkiyə isə Yınanıstandan qiyamçı hərbçilərin ekstradisiyasını tələb edir.