Rusiya DİN Danilovu axtarışa verib

Rusiya DİN Danilovu axtarışa verib Rusiyanın Daxili İşlər Nazirliyi Ukraynanın Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Oleksiy Danilovu axtarışa verib.
Region
6 May , 2024 01:37
Rusiya DİN Danilovu axtarışa verib

Rusiyanın Daxili İşlər Nazirliyi Ukraynanın Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Oleksiy Danilovu axtarışa verib.

“Report” xəbər verir ki, bu barədə DİN-in verilənlər bazasından bəlli olub.

“7 sentyabr 1962-ci ildə Luqansk vilayətinin Krasnı Luç (Ukrayna şəhəri Xrustalnı adlandırır – red.) şəhərində anadan olmuş Oleksiy Myaçeslavoviç Danilov Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi üzrə axtarışdadır”, – verilənlər bazasında nəql edilib.

Onun hansı cinayətdə şübhəli bilindiyi açıqlanmır.

Bundan başqa, Daxili İşlər Nazirliyinin verilənlər bazasından belə çıxır ki, Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin də axtarışa verilib. O həmçinin Rusiya Cinayət Məcəlləsinin maddələrindən biri ilə axtarışdadır. Bazaya görə, axtarışa verilənlər sırasında Ukrayna Ali Radasının keçmiş sədri, bu ölkənin baş nazirinin keçmiş müavini Volodimir Qroysman da var.

Qeyd edək ki, martın 26-da Oleksiy Danilov ölkəsinin Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilmişdi.

Xatırladaq ki, daha öncə Rusiya DİN Ukrayna Prezidenti Volodimir Zelenski, habelə keçmiş dövlət başçısı Petro Poroşenkonu axtarışa vermişdi.

Son xəbərlər

Orphus sistemi