Abdullah Gül və Əhməd Davudoğlunun müşaviri olmuş diplomat tutulub

Abdullah Gül və Əhməd Davudoğlunun müşaviri olmuş diplomat tutulub Türkiyənin UNESCO yanındakı keçmiş daimi nümayəndəsi Gürcan Balıkın həbsi barədə qərarı Ankara Prokurorluğu verib
Region
19 Avqust , 2016 13:46
Abdullah Gül və Əhməd Davudoğlunun müşaviri olmuş diplomat tutulub

Bakı. 19 avqust. REPORT.AZ/ Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaq-əməliyyat tədbirlərii çərçivəsində Türkiyənin UNESCO yanındakı keçmiş daimi nümayəndəsi Gürcan Balık tutulub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onun həbsi barədə qərarı Ankara Prokurorluğu verib.

G.Balık vaxtı ilə Türkiyənin 11-ci prezidenti Abdullah Gülün və sabiq baş nazir Əhməd Davudoğlu xarici işlər naziri olduğu dövrdə onların müşaviri vəzifələrində də çalışıb.

Məlumatda onun Əhməd Davudoğlunu Türkiyənin xarici işlər naziri olduğu dönəmdə ABŞ-da Fətullah Gülənlə də görüşünü təşkil etdiyi bildirilib. Bu baxımdan Gürcan Balıkı Davudoğlunun "sağ əli"də adlandırırlar. 

Son xəbərlər

Orphus sistemi