Türkiyədə 1 May aksiyasında toqquşmalarda onlarla polis əməkdaşı yaralanıb

Türkiyədə 1 May aksiyasında toqquşmalarda onlarla polis əməkdaşı yaralanıb Türkiyədə 1 May aksiyasında etirazçılarla toqquşma nəticəsində 28 polis əməkdaşı yaralanıb.
Region
2 May , 2024 00:39
Türkiyədə 1 May aksiyasında toqquşmalarda onlarla polis əməkdaşı yaralanıb

Türkiyədə 1 May aksiyasında etirazçılarla toqquşma nəticəsində onlarla polis əməkdaşı yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, 1 May Əmək və Həmrəylik Günündə ölkənin 78 vilayətində siyasi partiyalar, həmkarlar ittifaqları və qeyri-hökumət təşkilatları tərəfindən 210 nümayiş keçirilib. Nümayişlər zamanı 217 nəfər İstanbulda, 4-ü Tuncelidə saxlanılıb. Qəhrəmanmaraşda 3, Aydında isə 2 nəfər icazəsiz yerlərdə nümayiş keçirib, hakimiyyətin xəbərdarlığına məhəl qoymayıb, polisə hücum edib, hüquq-mühafizə orqanının 28 əməkdaşı yüngül xəsarət alıb.

Yerlikaya əlavə edib ki, nümayişlərdə 241 minə yaxın insan iştirak edib.

Son xəbərlər

Orphus sistemi