Kamil Aydın: "Ankara Gülənin dövlət çevrilişinə cəhddə əlaqəli olduğunu təsdiq edən 85 qutu sənədi ABŞ-a göndərib"

Kamil Aydın: "Ankara Gülənin dövlət çevrilişinə cəhddə əlaqəli olduğunu təsdiq edən 85 qutu sənədi ABŞ-a göndərib" Bizə dedilər ki, sənədləri alıblar, onu araşdırırlar
Region
5 Avqust , 2016 07:17
Kamil Aydın: Ankara Gülənin dövlət çevrilişinə cəhddə əlaqəli olduğunu təsdiq edən 85 qutu sənədi ABŞ-a göndərib

Bakı. 5 avqust. REPORT.AZ/ Türkiyə Fətullah Gülənin dövlət çevrilişinə cəhddə əlaqəli olduğunu təsdiq edən 85 qutu sənədi ABŞ-a göndərib.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə hazırda ABŞ-da olan Türkiyə Böyük Millət Məclsininin deputatı Kamil Aydın deyib.

Kamil Aydın ABŞ-a Türkiyə parlamentinin nümayəndə heyətinin tərkibində gəlib. Parlamentin deputatı Gülənin Türkiyəyə verilməsinə nail olmaq məqsədilə ABŞ-ın müxtəlif qurumlarının nümayəndələri ilə, o cümlədən Ədliyyə Nazirliyinin rəsmiləri görüşlər keçirib.

"Bizə dedilər ki, 85 böyük qutudan ibarət sənədləri alıblar. Onlar onu araşdırırlar", - deyə deputat Türkiyənin BMT yanında daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Gülənin ekstradisiyası ilə bağlı Türkiyə və Amerika tərəfləri arasında danışıqlar davam edir.

Son xəbərlər

Orphus sistemi