​Sorğu: 42% rusiyalı Valeri Permyakovun Rusiya məhkəməsində mühakimə olunmasının lehinədir

​Sorğu: 42% rusiyalı Valeri Permyakovun Rusiya məhkəməsində mühakimə olunmasının lehinədir 48% respondent bildirib ki, iş üzrə istintaqı həm rus, həm də erməni müstəntiqlər aparmalıdır
Region
2 Fevral , 2015 12:03
​Sorğu: 42% rusiyalı Valeri Permyakovun Rusiya məhkəməsində mühakimə olunmasının lehinədir

Bakı. 2 fevral. REPORT.AZ/ Gümrüdə kütləvi qətl və onun səbəb olduğu iğtişaşlar haqqında 68% Rusiya vətəndaşı xəbərdardır. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu nəticələr Levada-mərkəzinin sorğusu zamanı əldə olunub. 

Qeyd olunur ki, 32% ümumiyyətlə, bundan xəbərsizdilər. 

48% respondent bildirib ki, iş üzrə istintaqı həm rus, həm də erməni müstəntiqlər aparmalıdır. Sorğuya əsasən, 42% rusiyalı məhkəmənin Rusiyadan olması, lakin Ermənistan ərazisində keçirilməsini istəyib (44%).

Qeyd edək ki, yanvarın 12-də Gümrüdə bir evdə altı nəfər qətlə yetirilib və 6 aylıq uşaq yaralanıb. Həmin uşaq bir müddət sonra xəstəxanada keçinib. 

Qətldə şübhəli bilinən Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hərbçisi Valeri Permyakov Türkiyə sərhədini keçmək istədiyi zaman saxlanılıb. Yanvarın 14-də ona qarşı Ermənistan və Rusiya cinayət məcəllələrinin maddələri ilə ittiham irəli sürülüb. 

Son xəbərlər

Orphus sistemi