Bakı. 25 aprel. REPORT.AZ/ Rusiya Dəniz Qüvvələrinin 20-dən çox döyüş gəmisi Xəzər dənizində təlimlərə başlayıb.
"Report" Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimlər zamanı "Kalibr-NK" raket kompleksindən və A-190 və "Duet" artilleriya qurğularından atəş həyata keçiriləcək.
"Dəniz poliqonunda döyüş-təlim tapşırıqlarını 20-dən çox döyüş gəmiləri, qayıqları, eləcə də "Dağıstan" raket gəmisi, "Qrad Sviyajsk", "Uqliç", "Böyük Ustyuq" kiçik raket gəmiləri, "Volqodonsk" və" Mahaçqala" kiçik artilleriya gəmiləri həyata keçirir", - məlumatda deyilir.