Bakı. 11 sentyabr. REPORT.AZ/ Rusiyada dörd mərtəbəli binada yanğın baş verib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, yanğınsöndürənlər Rosrov-Donda 40 nəfəri binadan təxliyə ediblər.
"Yanğın haqda xəbər yerli vaxtla saat 4:58-də daxil olub. Hazırda 150 kvadratmetr sahədə yanğın davam edir. Qırx nəfər binadan təxliyə olunub" – deyə Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzindən bildirilib.
Yanğının söndürülməsinə 50 yanğınsöndürən və 18 texnika cəlb edilib.
Hələlik xəsarət alanlar barəsində hər hansı məlumat verilmir.