Qazaxıstan prezidenti işə çıxıb

Qazaxıstan prezidenti işə çıxıb Nursultan Nazarbayev cümə günü respublikanın baş prokuroru Jakip Asanovu qəbul edib
Region
14 Oktyabr , 2016 15:13
Qazaxıstan prezidenti işə çıxıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev xəstəliyi ilə əlaqədar aldığı müalicəni başa vuraraq işinin başına qayıdıb.

"Report" "Tengrinews.kz" portalına istinadən xəbər verir ki, N.Nazarbayev cümə günü respublikanın baş prokuroru Jakip Asanovu qəbul edib.

Baş prokuror prezidentə hüquq-mühafizə orqanlarının fəaliyyəti barədə məlumat verib, eləcə də "100 konkret addım" millət planının həyata keçirilməsi çərçivəsində verilən tapşırıqların icrası barədə məruzə edib.

Qazaxıstan prezidenti qanunun aliliyinin təmin edilməsi, eləcə də əhalinin hüquqi savadının artırılması üzrə səylərin davam etdirilməsinin lazım olduğunu vurğulayıb.

Görüşün yekununda dövlət başçısı bir neçə konkret tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi