Bakı. 1 iyul. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla "Böyük-20"liyin (G-20) Çində keçiriləcək sammitindən əvvəl görüşə bilər.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitiri Peskov bildirib.
Onun sözlərinə görə, görüşün dəqiq tarixi və yeri hələlik müəyyənləşdirilməyib.
Qeyd edək ki, iki ölkə prezidentlərinin sentyabrın 3-4-də Çində keçiriləcək "G-20"nin zirvə toplantısı zamanı görüşəcəyi haqda xəbər yayılmışdı.
Xatırladaq ki, Rusiyada çıxan "Kommersant" qəzeti isə dövlət başçılarının avqustda görüşəcəkləri barədə məlumat yazıb.