Bakı. 5 iyul. REPORT.AZ/ "Avropa İttifaqı Gürcüstanla viza rejimini payızda ləğv edəcək".
"Report" Gürcüstan KİV-inə istinadən xəbr verir ki, bunu Litvanın xarici işlər naziri Linas Linkyaviçus bildirib.
"Gürcüstan vizasız rejimi qazanıb. Bu haqda Avropa İttifaqının komissiyası siyasi bəyanat da verib", - deyə litvalı diplomat vurğulayıb.
Onun sözlərinə görə, razılaşma ilə bağlı dəyişikliyin olacağı da istisna deyil: "Razılaşmaya təhlükəsizlik tədbirləri ilə bağlı müəyyən düzəlişlər ola bilər. Fikrimcə, bu prosesi payızın əvvəlinədək başa vuracağıq", - deyə Linas Linkyaviçus qeyd edib.