​KİV: Türkiyədə "Twitter" bağlanıb

​KİV: Türkiyədə "Twitter" bağlanıb Bu gün Türkiyə istifadəçiləri "Twitter" şəbəkəsinin mikrobloqlarına daxil ola bilməyiblər
Region
22 İyul , 2015 15:59
​KİV: Türkiyədə Twitter bağlanıb

Bakı. 22 iyul. REPORT.AZ/ Bu gün Türkiyə istifadəçiləri ölkə ərazisində "Twitter" şəbəkəsinin mikrobloqlarına daxil ola bilməyiblər. Bu barədə "Report" agentliyi xəbər verir.

Bir qədər əvvəl, yəni iyulun 22-də Şanlıurfa vilayətinin Suruç rayon məhkəməsi 32 adamın həyatını itirdiyi terror hücumunun baş verdiyi ərazidən foto və video materialların dərc edilməsini qadağan edən qərar qəbul edib. Əvvəllər bu materiallar yerləşdirilən sayt və sosial şəbəkə səhifələri bağlanıb.

"Milliyyət" qəzetinin xəbərinə görə, Türkiyə istifadəçilərinin "Twitter"dən yararlanmasının məhdudlaşdırılması terror aktı ilə bağlı materialların çapının qadağası və eləcə də texniki səbəblər səbəbindən ola bilər. Dövlət rəsmiləri məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyiblər. 

Son xəbərlər

Orphus sistemi