​İran və Fransa prezidentləri çaxıra görə sarayda nahar etməyəcək

​İran və Fransa prezidentləri çaxıra görə sarayda nahar etməyəcək İran rəsmiləri süfrədə "halal ət"dən hazırlanan yemək olmasını və çaxır verilməməsini istəyib
Region
11 Noyabr , 2015 12:42
​İran və Fransa prezidentləri çaxıra görə sarayda nahar etməyəcək

Bakı. 11 noyabr. REPORT.AZ/ İran prezidenti Həsən Ruhaninin Fransaya səfəri zamanı Yelisey sarayında verilməsi nəzərdə tutulan nahar yeməyi ləğv edilib.

"Report" Fransanın "RTL" radiosuna istinadən xəbər verir ki, İran tərəfi nahar zamanı süfrədə "halal ət"dən hazırlanan yemək olmasını və çaxır verilməməsini istəyib. Fransa tərəfi İranın bu istəyini qəbul etmədiyindən iki ölkə prezidentləri Fransua Ollandla Həsən Ruhaninin Yelisey sarayında birlikdə nahar yeməyi təxirə salınıb.

Qeyd edək ki, İran prezidenti ötən gün Fransa, İtaliya və Vatikana səfərə çıxıb. 

Son xəbərlər

Orphus sistemi