Bakı. 10 May. REPORT.AZ/ İranın Mədəniyyət naziri Əli Cənnəti bəyan edib ki, hökümətin əhalinin xarici mətbuata çıxışını bloklamaq cəhdləri mənasızdır.
"Report" BBC-yə istinadən qeyd edir ki, Twitter və Facebook İranda yasaqlanıb, lakin əhalinin böyük hissəsi bu yasaqlara baxmayaraq xüsusi proqramlar vasitəsilə internetə və peyk televisiyasına çıxış əldə etməyin yolunu tapıb.
Nazirin sözlərinə görə, qadağalar əvəzinə hökümət öz mövgeyini xalqa çatdırmağın üsullarını təkmilləşdirməlidir.
Müxbirlərə görə, İranın mühafizəkar dairələri xarici media vasitələrinə qoyulmuş qadağanın zəiflədilməsinin əleyhinə çıxış edirlər.