Bakı. 27 aprel. REPORT.AZ/ İran ərazisindən Ermənistana keçmək istəyən İslam Respublikasının hərbçisi iki ölkə arasındakı sərhəddə saxlanılıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd Qoşunları İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, İran İslam Respublikasının hərbçisi sərhədi - Araz çayını qanunsuz olaraq keçib.
Sərhədi pozan şəxs "xristian" olduğunu deyib. Onun sözlərinə görə, hərbçi yoldaşları ilə mübahisədə fikir ayrılığı yaranıb və bundan sonra sərhədi keçib.
O, 1992-ci il təvəllüdlüdür.