Gürcüstanın müdafiə naziri istefa verəcək

Gürcüstanın müdafiə naziri istefa verəcək Parlament sədri: "Xidaşeli fəal şəkildə seçki kampaniyasına qoşulacaq"
Region
12 İyul , 2016 12:51
Gürcüstanın müdafiə naziri istefa verəcək

Bakı. 12 iyul. REPORT.AZ/ "Respublikaçılar Partiyası"nın üzvü olan Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və barışıq və mülki bərabərlik üzrə dövlət naziri Paata Zakareişvili bu günlərdə tutduqları postları tərk edəcək.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri David Usupaşvili məlumat verib.

Onun sözlərinə görə, Xidaşeli və Zakareişvili fəal şəkildə seçki kampaniyasına qoşulacaq.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi