ABŞ dövlət katibi köməkçisinin Ukraynaya səfəri başlayıb

ABŞ dövlət katibi köməkçisinin Ukraynaya səfəri başlayıb Viktoriya Nuland Kiyevdə keçiriləcək "Avropanın Yalta Strategiyası" adlı konfransa qatılacaq
Region
11 Sentyabr , 2015 10:27
ABŞ dövlət katibi köməkçisinin Ukraynaya səfəri başlayıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bu gün Ukraynaya səfər edəcək.

"Report" "UNİAN"a istinadən xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, V.Nuland bu gün Kiyevdə keçiriləcək "Avropanın Yalta Strategiyası" adlı konfransa qatılacaq.

Amerikalı diplomat Ukraynanın yüksək vəzifəli məmurları, siyasi partiya liderləri, vətəndaş cəmiyyətinin fəalları ilə görüşərək, ikitərəfli əməkdaşlığa və regional vəziyyətə dair bir sıra məsələləri müzakirə edəcək. 

Son xəbərlər

Orphus sistemi