Azərbaycan seçkilərdə elektron səsverməyə keçə bilər

Azərbaycan seçkilərdə elektron səsverməyə keçə bilər "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri: "Azərbaycanda elektron səsvermənin keçirilməsi üçün texniki, infrastruktur baxımından problem yoxdur"
Milli Məclis
9 Oktyabr , 2015 12:17
Azərbaycan seçkilərdə elektron səsverməyə keçə bilər

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Əgər qanunvericilikdə dəyişiklik olarsa, Azərbaycan elektron səsverməyə keçə bilər". "Report" xəbər verir ki, bunu jurnalistlərə Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov deyib.

R. Gülməmmədov bildirib ki, Azərbaycanda elektron səsvermənin tətbiqi və keçirilməsi üçün texniki, infrastruktur baxımından problem yoxdur: "Səsvermənin ən böyük şərti anonimlikdir. Elektron səsvermədə vətəndaşa təzyiq də ola bilər. Məhz buna görə də, bir çox ölkələrdə elektron səsvermə uğursuz olub, nəticələri yaxşı qarşılanmayıb".

Son xəbərlər

Orphus sistemi