Bakı. 4 sentyabr. REPORT.AZ/ AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişli bu gün Şəkidə baş verən zəlzələ və zəlzələdən sonra ərazidə aparılan monitorinqin ilkin nəticələrinə dair jurnalistlər üçün mətbuat konfransı keçirəcək. Bu barədə “Report”a Mərkəzdən məlumat verilib.
Mətbuat konfransı sentyabrın 7-də saat 15.00-da olacaq.
Tədbir Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində keçiriləcək.