​20 Yanvar fotolarını “erməni soyqırımı” şəkilləri kimi təqdim edən “Əl-İstiqamə” qəzeti səhvini düzəldib

​20 Yanvar fotolarını “erməni soyqırımı” şəkilləri kimi təqdim edən “Əl-İstiqamə” qəzeti səhvini düzəldib AzərTAc tərəfindən qəzetin redaktoru ilə əlaqə yaradılaraq qəti etiraz bildirilib
Media
13 Yanvar , 2015 21:31
​20 Yanvar fotolarını “erməni soyqırımı” şəkilləri kimi təqdim edən “Əl-İstiqamə” qəzeti səhvini düzəldib
Bakı. 13 yanvar. REPORT.AZ/ İraq Ali İslam Şurasının rəsmi mətbu orqanı “Əl-İstiqamə” qəzetinin elektron səhifəsində yerləşdirilmiş məqalədə 20 Yanvar faciəsində öldürülmüş azərbaycanlıların fotoşəkli guya bir əsr bundan əvvəl törədilmiş uydurma “erməni soyqırımı” qurbanları kimi təqdim edilib.

"Report" xəbər verir ki, AzərTAc tərəfindən qəzetin redaktoru Əli əl-Atvani ilə əlaqə yaradılaraq, bu fakt onun diqqətinə çatdırılıb və bununla bağlı qəti etiraz bildirilib.

Agentliyin təqdim etdiyi təkzibolunmaz faktlar nəzərə alınaraq qəzet yanvarın 13-də öz səhvini düzəldərək sözügedən məqalədəki fotoşəkli dəyişdirib. Redaktor Əli əl-Atvani yol verilən xətaya görə üzr istəyib.

Qeyd edək ki, eyni fotoşəkil, həmçinin uydurma “erməni soyqırımı”nın yüz illiyinin qeyd edilməsi üçün yaradılmış təşkilatın Qahirə komitəsinin Facebook səhifəsində də yerləşdirilmişdi.

Fotoşəklin yer aldığı həmin Facebook səhifəsində AzərTAc əməkdaşının müxtəlif dillərdə, o cümlədən ərəb dilində verdiyi şərhlər dərhal silinib, eyni zamanda, səhifədəki “Məktub yaz”, eləcə də paylaşımdakı “Bəyən” və “Şərh yaz” bölmələrinə giriş ümumiyyətlə bağlanıb.

Son xəbərlər

Orphus sistemi