“Observer Online” Fransa diplomatlarının Burkina-Fasodan qovulmasından yazıb

“Observer Online” Fransa diplomatlarının Burkina-Fasodan qovulmasından yazıb “Observer Online” nəşri Fransanın üç diplomatının Burkina-Fasodan qovulması ilə bağlı məqalə dərc edib.
Media
19 Aprel , 2024 11:51
“Observer Online” Fransa diplomatlarının Burkina-Fasodan qovulmasından yazıb

“Observer Online” nəşri Fransanın üç diplomatının Burkina-Fasodan qovulması ilə bağlı məqalə dərc edib.

"Report" xəbər verir ki, aprelin 18-də dərc olunan “Fransaya növbəti dəfə qapını göstərdilər” başlıqlı məqalədə ölkələrin suveren hüquqlarına hörmət etmədən səfirlikləri vasitəsilə casusluq və digər qanunsuzluqlara yol verən Fransa dövlət strukturlarının növbəti dəfə dövlətin imicinə xələl gətirən beynəlxalq qalmaqalla üzləşdiyi qeyd olunub.

Bildirilib ki, Azərbaycanın təhlükəsizlik orqanlarında gedən cinayət işi ilə əlaqədar hələ 2023-cü ilin dekabrında Fransanın səfirlikdaxili kəşfiyyatçılarını “persona non-grata” elan edib Parisə yola salan rəsmi Bakının təcrübəsini bir neçə dövlət davam etdirir:

"Burkina-Faso aprelin 16-da verdiyi nota ilə üç fransız “diplomatı” pozucu fəaliyyətlərinə görə “persona-non grata” elan edərək ölkədən çıxarılmalarını təmin edib. Bu qədər diplomatı qovulan ikinci ölkə yoxdur və gedişat Fransanın öz rekordunu təzələyəcəyini göstərir".

Hətta “Observer Online” eksklüziv olaraq əldə etdiyi etiraz notasını da yayımlayıb.

Məqalədə vurğulanıb ki, Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemuan diplomatların ölkədən qovulmasını əsassız hesab edir: “Burkina rəsmilərinin bu qərarının heç bir hüquqi əsası yox idi, biz ancaq təəssüf hissi keçiririk. Paralel olaraq, Fransanın müstəmləkə siyasətindən tarix boyu əziyyət çəkmiş Yeni Kaledoniya dövlətinin nümayəndə heyəti hazırda Azərbaycan Milli Məclisində rəsmi qonaqdır.

Bu sənəd Yeni Kaledoniya üçün həm də “yol xəritəsi”dir. Bu baxımdan Azərbaycan parlamenti ilə imzaladığımız memorandumun Fransanın Yeni Kaledoniyaya qarşı aqressiv siyasətinin qarşısının alınmasına öz töhfəsini verməsini istərdik”, - Yeni Kaledoniya Konqresinin komitə sədri Omayra Naiselin aprelin 18-də Azərbaycan Milli Məclisindəki çıxışında deyib.

"Fransanın xarici ölkələrdəki səfirləri arasında Emmanuel Makronun ən yaxından tanımağa məcbur olduğu yeganə səfir ölkəsinin Azərbaycandakı səfiri Ann Buayon isə baş verənləri Parisdən izləyir", - “Observer Online” yazıb.

Son xəbərlər

Orphus sistemi