Azərbaycanlı şair və yazıçılar Dərbənddə olub

Azərbaycanlı şair və yazıçılar Dərbənddə olub Şəhər administrasiyasının şöbəsi rəhbəri Arsen Aruxov nümayəndə heyətinin üzvlərinə təşəkkür məktubu təqdim edib
Mədəniyyət siyasəti
25 İyun , 2016 17:53
Azərbaycanlı şair və yazıçılar Dərbənddə olub

Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycanlı şair və yazıçılardan ibarət qrup Dərbəndə səfər edib.

"Report" "RİA Dağıstan"a istinadən xəbər verir ki, ədəbiyyat nümayəndələrimiz orada Mərkəzi Şəhər Kitabxanasının oxu zalında yerli şair və yazıçılarla görüşüb.

Açılış nitqində Dərbəndin Mərkəzi Şəhər Kitabxanasının direktoru Diana Əliyeva Azərbaycan və Dağıstan arasında dostluq münasibətlərinin tarixi köklərə malik olduğunu qeyd edib.

Azərbaycanlı qonaqları, həmçinin şəhər administrasiyasının mədəniyyət, idman, gənclər siyasəti və turizm şöbəsinin rəhbəri Arsen Aruxov da salamlayıb. O, bu gün Azərbaycanın dünyada sivilizasiyalararası dialoqa, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsinə çağırış edən tolerent ölkə kimi tanındığını bildirib.

Arsen Aruxov şəhər administrasiyasının mədəniyyət, idman, gənclər siyasəti və turizm şöbəsi adından nümayəndə heyətinin üzvlərinə Dağıstan və Azərbaycan xalqlarının mənəvi birliyinə böyük töhfə verdiklərinə görə təşəkkür məktubu təqdim edib.

Sonda Dərbənd və Azərbaycanın yaradıcı ziyalıları belə görüşlərin Dağıstan və Azərbaycan xalqlarının mənəvi birliyinə yardım edəcəyinə və ümumi maraqlar naminə uğurlu əməkdaşlığın davamına xidmət edəcəyinə ümidvar olduğunu qeyd edib. 

Son xəbərlər

Orphus sistemi