Vergilər Nazirliyi daha 10 hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmasına qadağa qoyub

Vergilər Nazirliyi daha 10 hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmasına qadağa qoyub Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə 348-dən 328-ə endirilib
Maliyyə
22 Sentyabr , 2016 11:39
Vergilər Nazirliyi daha 10 hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmasına qadağa qoyub

Bakı. 22 sentyabr. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.

"Report" xəbər verir ki, ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı 348-dən 328-ə endirilib.

Vergi borcuna görə Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərinin icra orqanlarının rəhbərlərinin sayı isə 10 nəfər artırılaraq 486-ya çatdırılıb.

Ümumilikdə sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 824-dən 814-ə düşüb.

Son xəbərlər

Orphus sistemi