Türkiyədə dollar əmanətləri bahalaşıb

Türkiyədə dollar əmanətləri bahalaşıb Faizlərin artmasına səbəb sindikatlaşdırılmış kreditlərə çıxış imkanlarının azalmasıdır
Maliyyə
27 Sentyabr , 2016 11:53
Türkiyədə dollar əmanətləri bahalaşıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Yaxın vaxtlara qədər sindikatlaşdırılmış kreditlər və svop (swap) əməliyyatları ilə xaricdən borc ala bilən Türkiyə bankları üçün bol likvidlik dövrü arxada qalıb. 

"Report" türk mətbuatına istinadən xəbər verir ki, hazırda yerli banklar əmanət qəbulu vasitəsilə vəsait cəlb etməyə çalışırlar, buna görə də, Türkiyə daxilində dollar əmanətlərinin illik faiz dərəcəsi 1%-dən 3,5%-ə qaldırılıb. 

Buna səbəb xarici maliyyə qurumlarının Türkiyəyə münasibətinin dəyişməsidir. Hazırda Türkiyə bankları ABŞ-dan dollarla sindikatlaşdırılmış krediti LİBOR+0,85%-lə, Avropa banklarından avro ilə sindikatlaşdırılmış krediti isə LİBOR+075%-lə cəlb edirlər. Son aylar faizlərdə ciddi dəyişikliklər olmasa da, bankların sindikat kreditlərini yeniləmə ("Roll over") faizi i75-80%-ə enib. Yəni, qərb bankları daha Türkiyə bankları üçün faiz səviyyəsi ilə kredit xətti açmaq istəmir. 

"Report"un analitik qrupu sindikatlaşdırılmış kreditlərin həcminin azalmasını dünya iqtisadiyyatının orta müddətdə inkişaf proqnozlarının zəif olması və böhran riski ilə izah edir. ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcələrini artırmağa başlaması isə kreditlərin maya dəyərinin bir qədər də artacağı ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi