​Proqnoz: Azərbaycanda milli valyutanın devalvasiyası kommersiya banklarına 600 mln. manat zərər vurub

​Proqnoz: Azərbaycanda milli valyutanın devalvasiyası kommersiya banklarına 600 mln. manat zərər vurub Yanvar ayında bank sektorundan 200 mln. manat həcmində depozit geri çəkilib
Maliyyə
5 Mart , 2015 10:40
​Proqnoz: Azərbaycanda milli valyutanın devalvasiyası kommersiya banklarına 600 mln. manat zərər vurub

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında milli valyutada yerləşdirilən depozitlərin həcmi 2015-ci ilin yanvar ayı ərzində 400 mln. manat və ya 5,4% azalaraq fevralın 1-nə 6 879 mln. manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən verdiyi xəbərə görə, 2015-ci ilin ilk ayında xarici valyutada depozitlər isə 200 mln. manat, yəni 4,9% artaraq 4 331 mln. manata çatıb. Nəticədə, hesabat ayında 200 mln. manat həcmində depozitin bank sektorundan çıxarıldığını müşahidə edirik.

Qeyd etmək lazımdır ki, fevralın 1-nə kommersiya banklarının məcmu xarici aktivləri 1,7% azalaraq 3,1 mlrd. manat, xarici öhdəlikləri isə 1% azalaraq 4,9 mlrd. manat təşkil edib. Yəni, bankların xarici valyuta mövqeyi aylıq müqayisədə 0,3% zəifləyərək mənfi 1,8 mlrd. manata enib. Fevralın 21-də baş vermiş milli valyutanın devalvasiyası nəticəsində, ilkin ehtimallara görə, kommersiya banklarına təxminən 600 mln. manat həcmində zərər dəyib.

Son xəbərlər

Orphus sistemi