​Millət vəkilləri yeni gömrük məhdudiyyətlərindən narazılıq edib

​Millət vəkilləri yeni gömrük məhdudiyyətlərindən narazılıq edib Elmira Axundova: "Banklarda dollar tapılmır"
Maliyyə
19 Yanvar , 2016 14:07
​Millət vəkilləri yeni gömrük məhdudiyyətlərindən narazılıq edib

Bakı. 19 yanvar. REPORT.AZ/ Hazırda Azərbaycanda əhali nağd manat kütləsinin dollara çevrilməsində problemlərlə üzləşib.

"Report"un verdiyi xəbərə görə, bunu deputat Elmira Axundova parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında bildirib: "Mərkəzi Bank valyuta məzənnəsini elan etsə də, banklarda dollar tapılmır. İnsanlar banklarda manatı dollara çevirə bilmir. Lakin "qara bazar"da var. Bu əməliyyatlar dayandırılmalıdır".

"Seçiciləri əsas düşündürən məsələ mikrokreditlərlə bağlıdır. Rusiyada Konstitusiya Məhkəməsi əhaliyə dayaq durub, kreditlərin kiçik məzənnə ilə ödənilməsi təklifini irəli sürüb. Bizdə də bir qərar qəbul edib, insanları xəbərdar etmək lazımdır. Camaat gərginlikdə yaşayır, gərək bu, nəzərə alınsın", - deyə millət vəkili qeyd edib.

O, həmçinin gömrük məhdudiyyətlərinin aradan qaldırılmasının sahibklarlığın inkişafı üçün önəmli olduğunu qeyd edib: "Gömrük məhdudiyyətini yenidən qaytardıq. Yenə də gömrük rüsumlarının artırılması ilə bağlı söhbətlər yayılır. Xarici qəzet-jurnallara 18% ƏDV tətbiq edilib. Xarici dillərdə çıxan jurnallara əsasən ziyalılar abunə olur. Ona görə də bu qərarla ziyalı təbəqəsini mənəvi qidadan məhrum edirik".

Spiker Oqtay Əsədov Rusiya Konstitusiya Məhkəməsinin verdiyi qərarı önə çəkən deputata cavab olaraq bildirib ki, həmin qərar yerinə yetirilməyən qərardır: "Belə bir qərarı niyə qəbul etməliyik? Rusiya o qərarı qəbul etsə də, maraqlansanız, görərsiz ki, qərar yerinə yetirilməyib".

Son xəbərlər

Orphus sistemi