"Bank VTB"nin (Azərbaycan) səhmdarlarının toplantısı keçiriləcək

"Bank VTB"nin (Azərbaycan) səhmdarlarının toplantısı keçiriləcək Noyabrın 30-da "Bank VTB"nin (Azərbaycan) səhmdarlarının toplantısı keçiriləcək
Maliyyə
17 Oktyabr , 2015 14:26
Bank VTBnin (Azərbaycan) səhmdarlarının toplantısı keçiriləcək

Bakı. 17 oktyabr. REPORT.AZ/ Noyabrın 30-da "Bank VTB" (Azərbaycan) ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bankın mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, toplantı bankın baş ofisində, Xətai prospekti, 38 ünvanında saat 11:00-da başlayacaq. 

Gündəliyə bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağına katib seçilməsi, habelə "Bank VTB (Azərbaycan) qrupuna daxil hüquqi şəxslər arasında sövdələşmələrin bağlanmasına limit qoyulması məsələsi daxildir.

Son xəbərlər

Orphus sistemi