Bakı Vergilər Departamentinin rəisi vəzifədən azad edilib

Bakı Vergilər Departamentinin rəisi vəzifədən azad edilib ​Vergilər naziri müşavirlərindən birinin səlahiyyətini artırıb
Maliyyə
26 Fevral , 2016 13:52
Bakı Vergilər Departamentinin rəisi vəzifədən azad edilib

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycan Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib. "Report"un əldə etdiyi məlumata görə, vergilər naziri Fazil Məmmədovun əmri ilə nazirin büdcə proqnozlarının icrası üzrə müşaviri Habil Məmmədov Nazirlik yanında Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

Nazirini digər əmri ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Zaur İntiqam oğlu Fətizadə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsindən azad edilərək Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi təyin olunub.

Xatırladaq ki, bu vaxta qədər Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi vəzifəsini Orxan Musayev icra edib.

Son xəbərlər

Orphus sistemi