Bakı. 13 may. REPORT.AZ/ Cari ilin aprel ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,5% artıb, qeyri-ərzaq mallarının qiymətləri 0,5%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,9% isə düşüb. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,2% ucuzlaşıb.
“Report”
Aprel ayında qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin qiymətləri düşüb.
Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, respublikadan kənara dəmiryolu sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunub.
Xatırladaq ki, bu ilin mart ayında 0,9%, cari ilin ilk rübündə isə 2,8%-lik inflyasiya qeydə alınıb.