Avronun məzənnəsi 1,10 dollar həddini keçib

Avronun məzənnəsi 1,10 dollar həddini keçib ​Dünya bazarında qızıl yenidən ucuzlaşıb
Maliyyə
31 Oktyabr , 2015 09:29
Avronun məzənnəsi 1,10 dollar həddini keçib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Oktyabrın 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,52% ucuzlaşaraq 17 663,54 bənd, S&P 500 0,48% azalaraq 2 079,36 bənd, Nasdaq isə 0,40% geriləyərək 5 053,75 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,54% ucuzlaşaraq 6 361,09 bənd, Fransa CAC-40-ı 0,24% artaraq 4 897,66 bənd, Almaniya DAX-ı isə 0,46% irəliləyərək 10 850,14 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 5,90 dollar, yaxud 0,51% ucuzlaşaraq 1 141,40 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1006 (+0,26%) təşkil edib.

İngilis versiyası Euro rate exceeds 1,10 USD

Son xəbərlər

Orphus sistemi