ABB-nin sabiq departament direktoru "AFB Bank"a gətirilib

ABB-nin sabiq departament direktoru "AFB Bank"a gətirilib Behnam Qurbanzadə yeni yaradılmış Xəzinədarlıq Departamentinə direktor təyin edilib
Maliyyə
24 Avqust , 2016 12:47
ABB-nin sabiq departament direktoru AFB Banka gətirilib

Bakı. 24 avqust. REPORT.AZ/ "AFB Bank" ASC-nin yeni yaradılmış Xəzinədarlıq Departamentinə direktor təyin edilib. "Report" xəbər verir ki, bu vəzifəyə Behnam Qurbanzadə gətirilib.

B.Qurbanzadə vaxtı ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İslam bankçılığı Departamentinin direktoru olub.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70 393 455 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 265 manat olan 55 647 səhm əsasında formalaşıb. Səhmlərin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holding" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi