Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanda 2014-cü ildə bütün maliyyə mənbələrindən əsas kapitala vəsait qoyuluşu 2013-cü illə müqayisədə 1,7% azalaraq 17,6 mlrd. manat təşkil edib.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 72,3%-i daxili mənbələr hesabına təmin edilib.
Sərf edilmiş sərmayələrin 63,9%-i məhsul istehsalı, 36,1%-i xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 48,2%-ni təşkil edib.