"Report"un xəbər verdiyi kimi, Avropa fond bazarlarında dekabrın 9-da FTSE 100 indeksi 2,14% - 6 529,47 bəndədək, Almaniya DAX-ı 2,21% - 9 793,71 bəndədək, Fransa CAC-40-ı isə 2,55% - 4 263,94 bəndədək enib.
Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,04% artaraq 1 232,50 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,2369 dollar (+0,9%) təşkil edib.