Əksər Qərb fond indeksləri azalıb

Əksər Qərb fond indeksləri azalıb Qızılın və avronun qiymətində artım davam edir
Maliyyə
10 Dekabr , 2014 09:40
Əksər Qərb fond indeksləri azalıb
Bakı. 10 dekabr. REPORT.AZ/ Dekabrın 9-da Amerika fond bazarında Dow Jones indeksində 0,29% azalma müşahidə edilib və 17 801,20 bənd təşkil edib, S&P 500 0,02% - 2 059,82 bəndədək enib, Nasdaq isə 0,54% - 4 766,47 bəndədək yüksəlib.

"Report"un xəbər verdiyi kimi, Avropa fond bazarlarında dekabrın 9-da FTSE 100 indeksi 2,14% - 6 529,47 bəndədək, Almaniya DAX-ı 2,21% - 9 793,71 bəndədək, Fransa CAC-40-ı isə 2,55% - 4 263,94 bəndədək enib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,04% artaraq 1 232,50 dollara bərabər olub, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,2369 dollar (+0,9%) təşkil edib.

İngilis versiyası Most West fund indexes fall

Son xəbərlər

Orphus sistemi