Azərbaycanın 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi 3 dəfə artırılıb

Azərbaycanın 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi 3 dəfə artırılıb Dəyişiklik 2015-ci il iyulun 15-dən tətbiq edilir
Maliyyə
25 Noyabr , 2015 11:31
Azərbaycanın 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi 3 dəfə artırılıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. “Report” xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 4,5 milyard manata qaldırılıb.

Dəyişiklik 2015-ci il iyulun 15-dən tətbiq edilir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Respublikasının 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1,5 milyard manat idi.

Son xəbərlər

Orphus sistemi