Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşib.
"Report"un məlumatına görə, "Abşeron” cavab matçında "Murov Az Terminal"a məğlub olub - 1:3 (25:21, 20:25, 19:25, 20:25).
İki oyundan sonra tərəflər hərəyə eyni hesabla bir qələbə qazandığına görə "Qızıl set"ə ehtiyac duyulub. Burada isə rəqibini üstələyən (15:11) "Abşeron" finala yüksəlib.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər qarşılaşmasında "Azərreyl" və "Gəncə" kollektivləri qarşılaşıb. İki oyunun nəticəsinə görə üstün olan paytaxt təmsilçisi adını finala yazdırıb.