Azərbaycanın kişi voleybol yığması Qızıl Avropa Liqasının hazırlıqlarına başlayıb

Azərbaycanın kişi voleybol yığması Qızıl Avropa Liqasının hazırlıqlarına başlayıb Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib.
Komanda
1 May , 2024 19:04
Azərbaycanın kişi voleybol yığması Qızıl Avropa Liqasının hazırlıqlarına başlayıb

Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib.

Federasiyadan "Report"a verilən məlumata görə, məşqlər baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub.

Yığma turnirdə ilk oyunlarını Bakıda keçirəcəyindən hazırlıq prosesi də elə paytaxtda davam edəcək. Məşqlərə yığmanın əsas oyunçuları ilə yanaşı, gənclər də cəlb olunublar. Xaricdə olan bir neçə oyunçu isə yaxın günlərdə məşqlərə qatılacaq.

Qeyd edək ki, millimizin Qızıl Avropa Liqasında ilk mərhələdəki oyunları 17-19 may tarixlərində Bakıda baş tutacaq. Birinci turda rəqiblər Rumıniya və Ukrayna yığmaları olacaq.

Son xəbərlər

Orphus sistemi