Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşib

Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşib Bədii gimnastika üzrə Avropa kubokunda Azərbaycanı təmsil edəcək qrup hərəkətləri komandasının heyəti və fərdi gimnastların adları açıqlanıb.
Komanda
1 May , 2024 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşib

Azərbaycanı Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunda təmsil edəcək qrup hərəkətləri komandasının heyəti və fərdi gimnastların adları açıqlanıb.

"Report" Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qrup komandasının heyəti 6 nəfərdən ibarətdir.

Bunlar Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadır. Fərdi yarışda isə ölkəmizi iki gimnast - Zöhrə Ağamirova və Kamilla Seyidzadə təmsil edəcək.

Qeyd edək ki, bədii gimnastika üzrə Avropa Kuboku mayın 3-5-də Milli Gimnastika Arenasında baş tutacaq.

Son xəbərlər

Orphus sistemi