Azərbaycan Regional Voleybol Akademiyası yaradılır

Azərbaycan Regional Voleybol Akademiyası yaradılır "Azərbaycanda voleybol akademiyası yaratmaq və bunun Regional Voleybol Akademiyası olmasını istəyirik".
Komanda
6 Noyabr , 2023 14:10
Azərbaycan Regional Voleybol Akademiyası yaradılır

"Azərbaycanda voleybol akademiyası yaratmaq və bunun Regional Voleybol Akademiyası olmasını istəyirik".

"Report"un məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov mətbuat konfransında deyib.

Federasiya rəhbəri Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçin Bakıya səfərini yüksək qiymətləndirib: "Əsas istiqamət gənclərin, məktəblilərin bu idman növünə cəlb edilməsidir. Bünövrə yaxşı olmasa, nailiyyətlər əldə edə bilməyəcəyik. Aşağı yaş qruplarında voleybolun inkişafı bizim üçün prioritetdir".

Şahin Bağırov Azərbaycan Regional Voleybol Akademiyası yaradılacağını sözlərinə əlavə edib: “Akademiyanın ideyası təqdim olunur. Nə vaxt yaradılacağı hələ ki, bəlli deyil. Aleksandar Boriçiç də öz təkliflərini irəli sürüb”.

Son xəbərlər

Orphus sistemi