Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün futzal üzrə UEFA Kubokunun elit mərhələsinin püşkü atılıb.
"Report"un məlumatına görə, komandalar püşkatma zamanı 3 səbətdə yer alıb.
İkinci səbətdə olan Azərbaycanın "Araz" klubu B qrupunda yer alıb. "Araz" Rusiyanın "Yuqra", Almaniyanın "Hamburq Panters" və Xorvatiyanın "Zaqreb" komandaları ilə mübarizə aparacaq.
Elit mərhələdə 16 komanda çıxış edəcək.
A qrupu | B qrupu | C qrupu | D qrupu |
"Kayrat" (Qazaxıstan) | "Yuqra" (Rusiya) | "İnter" (İspaniya) | "Dinamo" (Rusiya) |
"Nikars" (Litva) | "Araz" (Azərbaycan) | "Ekonomats" (Serbiya) | "Sportinq" (Portuqaliya) |
"Real" (İtaliya) | "Hamburq Panters" (Almaniya), | "Xrudim" (Çexiya) |
"Dyor" (Macarıstan) |
"Feniks" (Kosova) | "Zaqreb" (Xorvatiya) | "Breze" (Sloveniya) | "Tarqu Mureş" (Rumıniya) |
Qeyd edək ki, elit mərhələnin oyunları 22 - 27 noyabrda Xorvatiya, Portuqaliya, Qazaxıstan və Sloveniyada keçiriləcək.